Sloveniyada maska rejimi ləğv edilib

15 Aprel 2022 02:37 (UTC+04:00)

Sloveniya hökuməti maska rejiminin ləğv edilməsinə dair qərar qəbul edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Sloveniya Teleqraf Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gündən ictimai yerlərin əksəriyyətində maskadan istifadə tələbi ləğv edilir. Lakin qərar tibb müəssisələrinə şamil edilmir.