Türkiyənin Balıkəsir vilayətinin Ayvalık qəsəbəsi yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə 25 aylıq fasilədən sonra aprelin 12-də başlayan bərə xidmətləri ilə Yunanıstanın Midilli adasından turistləri qəbul etməyə başlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Səhər saatlarında Midilli adasından yola düşən 3 bərə təxminən bir saatlıq yoldan sonra 154 nəfəri Ayvalığa gətirib.
Ayvalık Dəniz Sərhəd Qapısında prosedurlardan sonra şəhərə daxil olan konvoy Ayvalık Bələdiyyəsi Liman yerində qərənfillərlə qarşılanıb.
Yunanıstandan gələn turistlərdən Dina Orfanu jurnalistlərə açıqlamasında aylardır gələ bilmədiyi Ayvalıkdakı dostları və bazar üçün darıxdığını deyib.
Ayvalıkda çoxlu yoldaş və dostlarının olduğunu dilə gətirən Franko Otilis 1980-ci ildən Türkiyəyə gəldiyini və hər dəfə növbəti səfərini səbirsizliklə gözlədiyini bildirib.