“Onların bizimlə daha danışmaq şansı olmayacaq”

14 Aprel 2022 22:16 (UTC+04:00)

“...Rus qoşunlarının Mariupol və Buçada örətdikləri vəhşiliklər Ukrayna ilə Rusiya tərəfi arasında sülh danışıqları imkanlarını daha da daraltdı”.

SİA-nın “UNN”-ya istinadən verdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.

“...Buça sülh danışıqları üçün imkanları bağlanma prosesindədir", - Zelenski bildirib.

“…Söhbət məndən deyil, Rusiyadan gedir. Onların bizimlə daha danışmaq şansı olmayacaq”. Bunu da ukraynalı prezident bildirib.

Ötən həftə Buçaya səfər etdiyini deyən Zelenski həmən gün emosiyaların tam spektrini yaşadığını bildirib.

Prezident həmçinin Putini və bütün Rusiya ordusunu “yuxarıdan aşağıya” “müharibə cinayətkarı” olmaqda ittiham edib.

Yeri gəlmişkən, bu həftənin əvvəlində Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Buça və Borodyankaya səfər edib. Kiyev vilayətində gördüklərindən sonra o, Ukraynanın cinayət yeri olduğunu söyləyib.

Ağasəf Babayev