Fikirləşdim ki, heç vaxt doğum paltarı almağa getməyəcəm - RİHANNA DİLƏ GƏLDİ

14 Aprel 2022 19:54 (UTC+04:00)

Hamiləlik müddətində olan və geyim seçimləri ilə tez-tez gündəmdə olan xarici müğənni Rihanna həm tərzi, həm də partnyoru ASAP Rokki haqqında xüsusi açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hamiləlik dövrünün göründüyü qədər rahat olmadığını izah edən müğənni qeyri-normal istəkləri və inanılmaz yorğunluq olduğunu bildirib.

Ondan özünü necə hiss etdiyini soruşduqda, "Özümü əla hiss edirəm, bəzən həddindən artıq yorğun oluram və buna öyrəşə bilmirəm. Gecənin istənilən vaxtında oyaq qala bilərdim, amma hazırda bədənim mənə hər dəqiqə yatmaq lazım olduğunu deyir" deyib.

İlk körpəsini qucağına almaq üçün günləri sayan məşhur ulduz “American Vogue” jurnalı üçün obyektiv qarşısına keçib. Hamiləlik tərzi və partnyoru Asap Rokki haqqında xüsusi açıqlamalar verən 34 yaşlı müğənni, "Əvvəlcə qeyri-adi bir dəyişiklik yaşayacağımı düşündüm, amma yenə də eyni insanam" deyib.

"Hamilə olduğumu biləndə fikirləşdim ki, heç vaxt doğum paltarı almağa getməyəcəm" deyən Rihanna fərqli geyimlər geyinməyi xoşladığını bildirib. Məşhur müğənni “Sırf bədənim dəyişir deyə, fərqli geyim tərzimi dəyişməyəcəyəm” deyib.

Ayşən Vəli