Hansı şirniyyatlardan uzaq durmalıyıq? - BİLMƏNİZ VACİBDİR

14 Aprel 2022 18:29 (UTC+04:00)

Kədərli və ya xoşbəxt olduqda ağıla ilk olaraq şirniyyat gəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə növ arasından şirniyyat istəyinizə güc gələcək və sağlamlığınıza zərər verməyəcək seçimlər etmək nəinki çəkini qorumağı, həm də bədənin artıq kalori və şəkərlə mübarizəsini asanlaşdırır.

Ucuz olduğu üçün yüksək fruktoza qarğıdalı şərbəti bir çox qablaşdırılmış desertlərdə istifadə olunur.

Araşdırmalar göstərir ki, bu şərbət qaraciyər yağlanması, insulin və diabet riskini artırır.

Paxlava kimi şərbətli desertlər isə həddindən artıq kalori qəbulu səbəbi ilə metabolik sindrom və piylənmə kimi həyati təhlükəsi olan xəstəliklərə yol açır.

Yeməkdən sonra şirniyyat yemək kimi adəti olanlar südlü desertlərə üstünlük verməlidir. Südlü və meyvəli desertlər hazırlanarkən çox az şəkər istifadə edilir. Süd və meyvə tərkibi sayəsində kalsium, fosfor, C vitamini kimi vitamin və mineral tərkibi zənginləşir.