“WhatsApp” tərtibatçıları messencer proqramında birbaşa şəkil çəkmək imkanı üzərində işləyirlər. Bu barədə “WABetaInfo” portalın yeni funksionallıq üzərində aparılan işlərlə bağlı yaydığı məlumatda deyilir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Votsap son yeniləmə proqramında təklif olunan alətlər dəstini genişləndirəcək.
Yeni rəsm alətləri dəsti istifadəçilərə şəkillər üzərində rəsm çəkməyə və ya onları qeydlə redaktə etməyə imkan verəcək.
Messenger istifadəçilərinə üç yeni karandaş ikonu və bulanıqlaşdırma aləti veriləcək.
Seçim dünyanın bəzi bölgələrində mövcud olan iOS üçün beta quruluşda sınaqdan keçirilir. Daha sonra test proqramı genişləndiriləcək.