Vicdan əzabı ilə yaşayıram - MÜĞƏNNİ DANIŞDI

14 Aprel 2022 16:26 (UTC+04:00)

“1 dəqiqə” proqramının qonağı olan müğənni Zenfira İbrahimova mərhum anası barədə danışıb. SİA xəbər verir ki, müğənni peşmanlıqlarının olduğunu bildirib.

Müğənni, “Gecələr yatmıram, bəzən nələrisə düşünürəm. O incinir, yuxuma girir. Anamı bir saniyəlik görmək üçün dünyanın mal-mülkündən, canımdan, övladlarımdan belə keçərəm. Çox peşmanlıqlarım var. Deyirəm, kaş bu sözü deməzdim, onu başqa cür yaşadardım. O, xəstəxanaya yerləşdiriləndə mən başqa ölkədə idim. Bu gün də düşünürəm ki, kaş onun yanında olardım, getməzdim. Üç gün əvvəl vəziyyətini, halını bilərdim. İndi də mən bununla barışmıram”, - deyə açıqlayıb.