Türkiyə yerli insulin istehsalına başlayır

14 Aprel 2022 14:31 (UTC+04:00)

Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi şirkətləri diabet xəstələri üçün həyati əhəmiyyət kəsb edən yerli insulin istehsal etməyə çağırıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Səhiyyə naziri Fahrəttin Koca sosial media hesabında bu barədə danışıb. O: “İnsulin daha Türkiyədə istehsal olunacaq. Xroniki xəstəlik olan diabetdə həyati əhəmiyyət kəsb edən insulinin yerli istehsalı üçün hərəkətə keçdik. Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi şirkətlərə bu barədə müraciət edib. Koronavirus (Covid-19) əleyhinə peyvənd istehsal edən Türkiyə insulin istehsalına dərhal başlayacaq”.