“Tarixin bir günü” proqramında danışan sənətçi Cavanşir Məmmədov müğənni Günay İbrahimlini tənqid edib. SİA xəbər verir ki, müğənni bir müddət əvvəl sözləri və musiqisi Aşıq Pənah Pənahova məxsus “Ana kürüm”ü ifa edən İbrahimlinin müəllifə qarşı hörmətsizlik etdiyini bildirib.
C.Məmmədov “Ana kürüm”ü oxuyublar, Aşıq Pənahdan orada nə bir saz səsi var, nə də başqa bir şey. Bir dənə mahnının sözləridir, bunu ingilis mahnısı ediblər. Günay İbrahimli oxuyub, mahnının əvvəlində balaban var. Aşıq Pənah balaban ifaçısı olmayıb. Qızı, oğlu zəng etmişdi ki, atamın mahnısını niyə bu günə qoyublar?
Orada bir saz səsi gəlsə, nə olardı? Bu, bizim folklorumuzdur. Əgər aranjimançı ingilis stilində aranjiman edirsə, bir dənə başqa “Ana kürüm” yazsın. Mən bunları tövsiyə edirəm. Bir həmkarımız vardı, onu müdafiə etdi, bu mahnıya xeyir-dua verdi. Orada xeyir vermək olar, amma dua yox. Çünki Aşıq Pənahın ruhu inciyər” deyə açıqlama verib.