Aprelin 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Murad Abbasov konsert proqramı ilə çıxış edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir: BMA-dan bildirilib ki, “Şopen musiqi axşamı” adlı konsertdə ifaçı tərəfindən romantizm dövrünün görkəmli bəstəkarlarından olan Friderik Şopenin əsrarəngiz musiqi nömrələri səsləndirilib.
Bir-birindən gözəl ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Şopen musiqi axşamı” adlı konsert Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.