Türkiyənin Ukraynaya humanitar yardımları davam edir

14 Aprel 2022 01:35 (UTC+04:00)

Türkiyə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indiyədək bölgəyə 67 yük maşını humanitar yardım və 1 səyyar mətbəx göndərib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) verilən açıqlamaya görə, Ukrayna xalqının təcili ehtiyaclarının qarşılanması üçün AFAD-ın koordinasiyasında, müvafiq qurum, təşkilat və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə hazırlanan humanitar yardım materialları bölgəyə göndərilməyə davam edir.

Açıqlamada qeyd edilib ki, Türkiyənin fevralın 27-də başlatdığı humanitar yardım səfərbərliyi çərçivəsində Ukraynaya cəmi 67 yük maşını və bir səyyar mətbəx göndərilib.