Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 13-də 31 nəfər dünyasını dəyişib.
Bir gündə 184 min 758 test edilib. Gündəlik yoluxma sayı 5.529-dur.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 14.493-dür.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 279 min 922-yə yüksəlib.