Abramoviçin mal varlığına əl qoyuldu

13 Aprel 2022 23:49 (UTC+04:00)

Böyük Britaniya və Fransa arasındakı Kanal adalarının ən böyüyü olan Cersi Kral Məhkəməsi, Rusiyaya qarşı sanksiyalardan sonra Böyük Britaniya və Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı sanksiya siyahısına əlavə edilən rusiyalı milyarder Roman Abromoviçə 7 milyard dollardan çox pul cəzası verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Abramoviçin ictimaiyyət tərəfindən qiymətləndirilən sərvətinin yarısına bərabər olan 7 milyard dollardan çox hesabı dondurub. Polis milyarderlə əlaqədə şübhəli bilinən mülkləri axtarır" şəklində Cersi Hüquq Məmurları Departamentinin bəyanatında deyilir. “Aprelin 12-də Kral Məhkəməsi Abramoviçlə əlaqədə şübhəli bilinən və dəyəri 7 milyard ABŞ dollarından çox olan hesabların dondurulması barədə rəsmi qərar çıxarıb”, - deyə məlumatda bildirilir.

Ukrayna prezidenti Valdimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi olduğu iddiası ilə Avropa Birliyi və İngiltərə tərəfindən sanksiyaya məruz qalan Abramoviçin sülh sazişində rol oynaya biləcəyi ehtimalı ilə ona qarşı sanksiyalar tətbiq etməməyi xahiş etdiyi bildirilib. Digər tərəfdən, Abramoviç İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda iştirak edib.