2014-cü ildə Serkan Kodaloğlu ilə evlənən məşhur türk sima Pətək Dinçöz ötən ay boşandıqlarını açıqlamışdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, İrfan Aslan adlı oğlu olan cütlüyün 8 illik evliliyi bitib.
Boşandıqdan sonra bir müddət səssiz qalan məşhur müğənni pərəstişkarlarını heyrətləndirib. Pətək Dinçöz susmasının səbəbini bu gün sosial media hesabından açıqlayıb.
Boşandıqdan sonra yeni qərarlar alan Dinçöz Türkiyəni tərk etdiyini deyib.
O indi Mayamidə yaşayacaq. Dinçöz aldığı qərarı sosial media səhifəsində açıqlayarkən, "Hər kəsə salam. İlk öncə mənimlə maraqlandığınız üçün çox sağ olun, mən çox yaxşıyam. Oğlumun xarici dili təhsilini xaricdə davam etdirməsini istədiyim üçün Mayamidə yerləşməyə qərar verdim. Bir müddət işimlə bağlı gediş-gəliş edəcəm. Bundan başqa bura çox gözəldir, öyrəşməyə çalışırıq. İnstaqramda bacardığım qədər aktiv olmağa çalışacam. Hamınızı çox sevirəm” deyib.
Ayşən Vəli