Təhsil naziri UNEC-də olub - FOTOLAR

13 Aprel 2022 18:05 (UTC+04:00)

Aprelin 13-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev UNEC-də olub, müəllim və tələbələrlə görüşüb. SİA xəbər verir ki, görüşdən öncə nazir Emin Əmrullayev və UNEC-in rektoru professor Ədalət Muradov şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə əklil qoyub və əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra Təhsil naziri Emin Əmrullayev UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəziilə tanış olub. Nazirə kitabxana, oxu zalı, Ekstern mərkəzi barədə ətraflı məlumat verilib. Emin Əmrullayev UNEC-də yaradılan hibrid auditoriyalara da baxış keçirib. Universitetdə hazırda 50 hibrid auditoriyanın fəaliyyət göstərdiyi, daha 50 auditoriyanın da yaxın zamanlarda istifadəyə veriləcəyi nazirin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyin açılışı olub. Nazir UNEC-in yaranması tarixi barədə məlumatlandırılıb və tarixi sənədlərlə tanış olub.

Emin Əmrullayevölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyasının açılışındada iştirak edib. Bildirilib ki, 12 Bloomberg terminalından ibarət olan laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verəcək. UNEC ölkənin təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək olmaqla, ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsinə böyük töhfə verəcək və öz məzunlarının əmək bazarında işlə təmin olunmasında üstünlüyə malik olacaqdır.

UNEC-lə tanışlıqdan sonra təhsil nazirivə professor Ədalət Muradov tələbələrlə görüşüblər. Rektor bakalavr və magistratura pilləsi üzrə tələbə qəbulu barədə məlumat verərək,qəbulda yüksək nəticələrin əldə olunduğunu qeyd edib. UNEC-in tədqiqat universitetinə çevrilməsi məqsədilə universitetdə magistrlərin payının daha da artırılacağını diqqətə çatdırıb.

Təhsil naziri Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək prioritetlərdən, tələbələrə dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrəfərdi bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir, UNEC-də bu istiqamətdə bütün imkanların yaradıldığınıvurğulayıb.

Sonra tələbələri maraqlandıran suallarcavablandırılıb.