Azərbaycanda döyüş keçirmək məndən asılı məsələ deyil - UFC DÖYÜŞÇÜSÜ

13 Aprel 2022 15:37 (UTC+04:00)

"Bakıda fanatlarım çoxdur. Ancaq burada döyüş keçirmək məndən asılı məsələ deyil". SİA-nın verdiyi məlumata görə, bunu Bakı Şəhər Gənclər Mərkəzində keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında UFC döyüşçüsü Rafael Fiziev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaxşı idmançılar var: "MMA-nın inkişafı üçün yaxşı bazalar olmalıdır. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. Bu idman növündə iştirak edən Tofiq Musayevin və Nəriman Abbasovun adını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbələr əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək".

Banuçiçək Hüseynli