"Fərrux dağının strateji əhəmiyyəti Azərbaycan üçün çox böyükdür. Dünənki müşavirədə də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Fərrux dağı və yaşayış məntəqəsi haqqında öz fikirlərini söylədi. Bu istiqamətdə su mənbələrinin olması və ətraf yaşayış məntəqələrinə Ermənistan silahlıları tərəfindən atəşkəsi pozub təhlükə yaratması haqqında mütəmadi olaraq məlumat alırıq". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, təhlükəni neytrallaşdırmaq məqsədi ilə Azərbaycan Ordusunun bölmələri Fərrux yaşayış məntəqəsi istiqamətində mövqe dəqiqləşdirmə işləri apararaq orada olan mövqelərə tam şəkildə nəzarət edirlər: "Bu da ermənilərin narahatlığına səbəb olub. Bu barədə mətbuatda da çoxsaylı fikirlər var".
Şair Ramaldanov sözlərinə belə davam edib: "Azərbaycanın mövqeyi aydındır. Azərbaycan daxilində bütün əməliyyat şəraiti nəzarət altındadır.
Düşünürəm ki, lazımi bütün tədbirlər görülüb və bundan sonra da görüləcəkdir".
Ayşən Vəli