"Cənab Prezident 3 ayın hesabatında bu məsələyə toxundu və dəfələrlə onun ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sənəd təqdim edib. Ermənistan isə bu sənədi qəbul etdiyini bildirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan öz fikrini bildirib ki, ərazi iddialarından əl çəkir: "Bu cənab Prezidentin qətiyyəti, prinsipiallığı və həyata keçirdiyi uğurlu siyasətin göstəricisidir. Bunun nəticəsində bu gün Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olur".
Deputat sözlərinə belə davam edib: "Bu gün Ermənistan da Azərbaycanın mövqeyi ilə hesablaşır. Biz bu səviyyəyə gələnə kimi çox ciddi diplomatik siyasət həyata keçirmişik. Bu Azərbaycanın gücünü göstərir.
Bizim hər zaman inamımız var idi. Bu açıqlama onu göstərir ki, Azərbaycanın mövqeyi qəbul olunur, təsdiqlənir və Azərbaycan öz mövqeyinə doğru addımlayır".
Ayşən Vəli