Ayova ştatındakı çıxışında Bayden ABŞ-da enerji xərclərinin artımını dəyərləndirib və Rusiya prezidenti Vladimir Putini tənqid edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanacaq qiymətlərinin sürətlə artması ilə əlaqədar administrasiyasının gördüyü tədbirləri izah edən Bayden amerikalıların benzin üçün ödədiyi məbləğ, “bir diktatorun dünyanın hansısa küncündə müharibə elan edib soyqırım törətməsindən” asılı olmamalı olduğunu bildirib.
Bayden daha sonra jurnalistlərə, "Ukraynada edilənləri soyqırım adlandırdım, çünki bunun sübutu getdikcə artır" deyib.
ABŞ prezidenti bildirib ki, Ukraynada soyqırımın olub-olmamasına hüquqşünaslar qərar verəcək.