57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.
SİA-nın əldə etdiyi məlumata görə, məktəbli qızlar olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 gümüş bir bürünc medal qazanıblar.
İrem Gülcə Yazgan(qızıl), Mələk Güngör və Sena Başaran( gümüş) ilə Cəmrə Çətinin(bürünc) təmsil etdiyi Türkiyə, Riyaziyyat Olimpiadasında ümumi xal sıralamasında 2-ci olub. Türkiyənin Avropa Qızlar Riyaziyyat Olimpiadasındakı uğurunu sosial media hesabından paylaşan Türkiyənin birinci xanımı Əminə Ərdoğan məktəbliləri təbrik edib.