Son illərdə alış-veriş mərkəzlərində, iri supermarketlərdə satıcılar tərəfindən alıcılara “müəllim” müraciəti adi hal alıb. Ictimai statusundan, peşəsindən və mənəvi durumundan asılı olmayaraq hər kəsə “müəllim” deyə müraciət olunması çox neqativ haldır. Bu, "müəllim" xitabının adiləşməsinə və nüfuzdan düşməsinə yol açır”
Bu barədə “Nəcib Jurnalistlər” İctimai Birliyi bəyanat yayıb. Qurumun rəhbəri olan Mətləb Salahov KİV-ə açıqlamasında qeyd edib ki, rəhbərlik etdiyi qurum bu məsələnin ictimai müzakirəsinə start verəcək, İqtisadiyyat Nazirliyinə müraciət edəcək: “Müəllim sözü bizim xalqımızın leksikonunda olduqca möhtərəm dəyərə layiqdir. Müəllim, ilk növbədə bir xalqın gələcəyi onun gələcək nəsillərə tərbiyə və bilik aşılayan, böyük bir xalqın gələcəyi onun tərbiyə və bilik gücündən asılı olan böyük peşə sahibidir. Hər kəsə “müəllim” deyə xitab olunmaz, bu yolverilməzdir. Bu məsələ ictimai müzakirələrə çıxarılmalıdır. Biz artıq bununla bağlı ilk addımları atacayıq.”