“Bakı Metropoliteni”ndə bir nəfər qəflətən dünyasını dəyişib - SON DƏDİQƏ

12 Aprel 2022 08:35 (UTC+04:00)

Bu gün saat 06:30 radələrində “Əhmədli” stansiyasının platformasını gözləyən yaşlı kişi qəflətən dünyasını dəyişib. “Bakı Metropoliteni” QSC-dən SİA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal təcili tibbi yardım xidmətləri cəlb edilib. 1955-ci il təvəllüdlü Bakı sakini Zülfəli Kazımovun ürək dayanması səbəbi ilə dünyasını dəyişdiyi bildirilib.