Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 11-də 28 nəfər dünyasını dəyişib.
Bir gündə 182 min 216 test edilib. Gündəlik yoluxma sayı 6.893-dür.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 11.207-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 235 min 102-yə yüksəlib.