Qara dənizdə zəlzələ olub

12 Aprel 2022 00:21 (UTC+04:00)

Qara dənizin Türkiyəyə aid hissəsində zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar AFAD tərəfindən Rixter cədvəli üzrə 4,4 bal olaraq hesablanıb.

Zəlzələnin episentri Türkiyənin Zonquldak vilayətinin Ereyli rayonundan 89,23 kilometr aralıqda, dənizin 37,72 kilometr dərinliyindədir.

Yeraltı təkanlar İstanbul başda olmaqla bir neçə vilayətdə də hiss edilib.