Sanksiyalar Rusiyanı hansı vəziyyətə qoyacaq? EKSPERT AÇIQLADI

11 Aprel 2022 16:30 (UTC+04:00)

"Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin daha da yüksəldilməsi potensialı mövcuddur: "Azərbaycanın qeyri-neft ixracında Rusiya 2021-ci ildə ilk pilləni tutmuşdu. Qeyri-neft ixracının üçdə birindən çox Rusiyanın payına düşür. Azərbaycan Rusiyaya, xüsusən, kənd təsərrüfatı məhsullarını daha çox ixrac edir. Bu ilin son iki ayının statistik göstəricilərinə baxdıqda görürük ki, Rusiya qeyri-neft ixracı 2021-ci ilin son iki ayında 85,5 milyon dollar idisə, indi isə yanvar və fevral ayının statistikasına görə Rusiyanın qeyri-neft ixracı 119 milyon dollardır. Bizim Rusiya ilə ticarət dövriyəmiz 2,9 milyard dollardır. 2 milyardın idxal olunur, 900 milyon dollar ixrac olunur. Rusiyadan olunan idxal ölkədə bir çox şirkətlərin istehsal fəaliyyətini işlərinin qurulmasına imkan verir. Bu baxımdan, Rusiyanın həm idxalın, həm ixracın artırılması və əlverişli formada keçirilməsi çox vacibdir. Sanksiyalardan sonra müəyyən ləngimələr olacaq. Lakin yenə də Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr davam etdirilir. Azərbaycan Rusiya iqtisadi əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. Rusiya və Azərbaycan arasında sıx inteqrasiya var. Mart ayında iqtisadi statistikada eniş olacağı gözlənilir. Çünki tətbiq edilən sanksiyalar ödəmələri çətinləşdirir və gecikdirir. Türkiyəyə göndərilən pullarda da bir qədər çətinlik yaranacaq. Tətbiq olunan sanksiyalar ordakı vətəndaşlarımızın maddi vəziyyətinə də təsir göstərir. Azərbaycan və Rusiya ilə iqtisadi əlaqələrin genişləndirilməsində hər iki ölkənin marağı var".