Prezidentin bizi qəbul etməsi qürurverici hissdir - 3 QAT AVROPA ÇEMPİONU SİA-YA DANIŞDI

11 Aprel 2022 16:26 (UTC+04:00)

“Ölkə başçısınının bizi qəbul edib görüşməsi təbii ki, qürurverici bir hissdir”. Bu sözləri SİA-ya açıqlamasında 3 qat Avropa çempionu Hacı Əliyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bizim yarışlarımızı izləyib, nəticələrimizə bələd olması bizim üçün böyük bir stimuldur: “Cənab Prezidentin məni Olimpiya çempionu kimi görməsi və haqqımda öz fikirlərini bildirməsi məni çox sevindirdi. Bir idmançı olaraq çox şanslıyıq ki, ölkə başçısı idmana bu qədər xüsusi diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin məni Olimpiya çempionu olaraq görməsinə baxmayaraq mən çalışacam ki, o sözləri həqiqətə çevirib, cənab Prezidentin qarşısına Olimpiya çempionu kimi çıxım. Bu səfərki uğurumuz tarixi bir qələbədir. Komanda olaraq bundan sonrakı yarışlarda qalib olub, bayrağımızı dalğalandırmağa çalışacıyıq”.