"Dövlətin qarşısında duran ən mühüm vəzifələrindən biri..." - DEPUTAT AÇIQLADI

11 Aprel 2022 16:11 (UTC+04:00)

"Azərbaycanda hər zaman milli-mənəvi dəyərlərimizə və onların qorunmasına yüksək diqqət və qayğı olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu siyasətin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ulu öndər hər zaman milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Bu gün bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bildiyimiz kimi Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə yaranmışdır. Bu gün cənab Prezidentin iştirakı ilə Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibatı binası istifadəyə verildi. Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasının açılışı həmçinin dövlətimizin milli və mənəvi dəyərlərə diqqət və qayğısının bir göstəricisidir. Bu gün dövlətimizin qarşısında duran ən mühüm vəzifələrindən biri milli mənəvi təhlükəsizliyimizi təmin etməkdir və bu, Azərbaycanda milli mənəvi dəyərlərimizin qorunmasına öz ciddi töhfəsini verəcək".

Arzu Qurbanzadə