Maska ləğv edilir? - HƏKİM İZAH ETDİ

11 Aprel 2022 12:01 (UTC+04:00)

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib. Bəs ilkin olaraq hansı istiqamətdə maska tələbi ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?

SİA məsələ ilə bağlı həkim-infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu ilin may ayından maska istifadəsinin qapalı məkanlarda yüngülləşməsinə gedilə bilər: "Lakin maskanın tam ləğv edilməsinin tətbiqini mən də istəmirəm".

Həkim həmçinin əlavə edib ki, bəli, maskanın tam ləğvi məsləhət deyil. Çünki koronavirus hələ də dünya ölkələrində mövcuddur.

Ayşən Vəli