Aktrisa Ülviyyə Xəlilbəyli "Tiktok" sosial şəbəkəsində paylaşdığı videoya görə izləyiciləri tərəfindən tənqid olunub. SİA xəbər verir ki, O, "İnstaqram"da paylaşım edərək onu tənqid edənlərə cavab verib.
Aktrisa insanların onun paylaşımını səhv başa düşdüklərini bildirərək, "Sözüm bəzi cahillərədir. Mən heç bir şərh bildirməmişəm. Səs isə mənə aid deyil. Sadəcə hamı kimi parodiya etmişəm. O tərbiyənin də sahibi deyiləm ki, kimisə lağa qoyum. Qəndlə çay içmək zövq məsələsidir. Videonu çəkəndə heç düşünməmişdim ki, bu qədər səhv yerə yozarlar.
Qarğışlarınız da, təhqirləriniz də öz başınızda çatlasın. Ürəyimi Allah görür, bəsimdir. Sizin kimi bir işə yaramayan, qara düşüncəli insancıqları Allah islah etsin. Bol-bol günahımı aldınız. Çox sağ olun, sayənizdə trendə düşdüm" şəklində açıqlama verib.
Ləman Əlizadə