Pərvərdigara, gör bizi hansı AXMAQ məxluqlarla qonşu etmisən! TƏRS BAXIŞ+ÖZƏL

11 Aprel 2022 09:01 (UTC+04:00)

Yaxud, bir erməni “təfəkkürü” bundan artıq olmayacaq ki...

Son günlər dost və qardaş Pakistan dövlətində baş verən siyasi gərginliklər müşahidə olunur. Ölkənin daxilində cərəyan edən müəyyən qarmaqarışıq hadisələrin isə tezliklə həll olunacağına və hər şeyin öz məcrasına qayıdacağına ümid etməyimizlə yanaşı, daha bir məqama toxunmağı vacib saydıq.

Məsələ ondadır ki, dünyanın hansı yanında nə baş verirsə, dərhal həmin hadisələri özləri ilə müqayisə edən ermənilər indi də Pakistandakı siyasi böhranın nəticələrini hələ də “xilas edə biləcəkləri” “artsaxla” əlaqləndirməyə başlayıblar. Əslində isə bu kimi düşük və ucuz yanaşmaları ilə çıxılmaz vəziyyətdə olduqlarını daha çox büruzə edən ermənilər artıq bir neçə gündür ki, öz KİV-lərində bu haqda yazır, az qala bayram edirlər və bununla necə təlxək, vassal, başqa ölkələrdə baş verən hadisələrdən asılı məxuqlar olduqlarını növbəti dəfə və daha çox nümayiş etdirirlər.

Misal üçün, armenianreport adlı saytda İmran Xanın baş nazir vəzifəsindən gedişinin Azərbaycana mənfi, Ermənistana isə müsbət təsir edəcəyini, üstəlik “artsax” üçün “xilas” yolunun açılacağını utopik və ucuz düşüncə tərzlərində car çəkən erməni analitiki Pakistanın Qarabağ məsələsində Azərbaycana açıq dəstək göstərdiyini xatırladır və s. Amma bu axmaq analitik hələ də anlamır və dərk etmir ki, Pakistanda kimlərin, hansı siyasi qüvvələrin iqtidarda olmalarına baxmayaraq bu ölkə əzəldən Azərbaycana dəstək ifadə edib, üstəlik - Pakistan hələ də Ermənistanı müstəqil ölkə kim TANIMIR!

Yəni İmran Xan vəzifədən getsə də, Pakistanın Azərbaycana olan münasibəti daim ən yüksək səviyyədə qalır və bundan sonra da qalacaq, inkişaf edəcək.

Beləliklə, İmran Xanın istefasını “atəşfəşanlıqla” qarşılayan ucuz “təfəkkürlü” erməni analitikləri bir az da irəliyə gedərək əslində daxillərindəki “arzularını” reallıq kimi təqdim edir, bu vasitələr ilə özlərinə necə deyərlər, süni təskinliklər verirlər və bu, həqiqətən də çox gülməli görünür. Məsələn, İmran Xanın gedişindən sonra növbənin qardaş Türkiyənin dövlət başçısı Ərdoğana da sirayət edəcəyini həyasızcasına iddia edən erməni məxluqları onu da anlamırlar ki, bir dövlətin daxili siyasətində cərəyan edən hadisələrin digər dövlətə heç bir qarışacağı olmur. Yəni Pakistan Pakistandır, Türkiyə də Türkiyədir və onların daxili siyasətlərinin bir-birlərinə heç bir dəxli-filanı da yoxdur.

Yeri gəlmişkən, ucuz erməni “analitiklərinin” buna qədər də bənzər yanaşmalarından bəzilərini xatırlada bilərik. Türkiyədə meşə yanğınları baş verərkən, yaxud türk lirəsi müvəqqəti inflyasiyaya uğrayarkən, zəlzələ olarkən yenə də “artsaxın xilası yaxındadır” tipli klounadalıqlarını edənlər də həmin məxluqlar olublar.

Beləliklə, onların “ümidləri” həm də ondan ibarət olur ki, sən demə, Pakistandakı olaylar, Türkiyədəki hadisələr, eləcə də Rusiyanın dünyadakı reytinqinin aşağı düşməsi nəticəsində Azərbaycan müttəfiqlərini itirəcək və ermənilər də dərhal “artsaxı” geri qaytaracaqlar (???)

Təkcə haqqında bəhs etdiyimiz erməni “analitikinin” sərsəm, axmaq proqnozunun bircə cümləsini dəyərli oxucularımızın ixtiyarına buraxıram. Oxuyun və istədiyiniz qədər gülün. Öncədən qeyd edim ki, dırnaq içindəki sitatdakı dırnaqlar da bizimdir. SİTAT: “Və beləliklə, İlham Əliyev Putinin, Ərdoğanın, Xanın dəstəyi olmadan “artsax xalqının hüququnu”, “ikinci erməni dövlətinin quruluşunu” tanımağa məcbur olacaq. Sonra isə “artsaxa” qarşı aparılmış müharibələrdə törədilmiş bütün “cinayətlərə” görə “kompensasiyalar” ödəniləcək”.

Nə deyək, biz yalnız Allaha müraciət edərək Ona şikayət edə bilərik - Pərvərdigara, gör hansı məxluqlarla qonşu olmuşuq! Gözəgörünməz axı nəyə görə belə bir ucuz, üfunət iyi verən bir erməni “təfəkkürünü” məhz bizlərə urcah edib?

Belələrinə isə heç Allah ağıl verməsin, onsuz da ağıllanası deyillər, kökləri, toxumları əvvəldən zaydır desək, daha məqbul olardı...

Rövşən RƏSULOV

P.S. Adama deyərlər ki, acından günorta da deyil, axşam yuxudan qalxırsan, dırnaqarası "ölkən" xəritədən silinmək üzrədir, sən hələ də "artsaaaxxx, dərdim məniiimmm" deyib, dad edirsən. Amma adama deyərlər, daha belə axmaq və təlxək adamabənzər məxluqlara deyil...