“Xalq faktoru öz Liderinin qətiyyətinə, dönməz iradəsnə öz möhtəşəm dəstəyini ifadə etdi” Aydın Hüseynov

11 Aprel 2022 07:43 (UTC+04:00)

“2018-ci il aprelin 11-ci il Azərbaycan dövlətinin tarixi reallığında daha yeni və daha müasir siyasi gerçəkliyə doğru atılan mütərəqqi addımın atılması ili kimi yaddaşlara həkk olundu. Xalqın iradəsi və müdrik seçimi sübut etdi ki, yalnız bir Lider ətrafına sıx birləşməklə qarşıda dayanan bütün maneələri aşmaq mümkündür. Bu tarix yalnız sayca 8-ci prezident seçkiləri kimi deyl, həm də möhtəşəm zəfəri müjdələyən təqvim olaraq qiymətləndirilə bilər”.

Sözügedən fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov mövzu ilə bağlı şərhində vurğulayıb. Onun sözlərnə görə, səkkiz namizədin iştirak etdiyi və azad, demokratik mühitdə keçirilən seçki marafonunda Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyevin qələbə qazanması kimsədə şübhə doğurmurdu. Xalq Ulu Öndər Heydər Əliyev ideyalarının davamçısı və bu ideyaları inkişaf etdirən Liderinə səs verdi və bu gerçəklik nəticələrdə, irəli sürülən rəqəmlərdə də özünü ehtiva etmiş oldu: “Vətəndaşların 74.3 %-nin iştirak etdiyi prezident seçkilərində səsvermə hüququna malik olan seçicilərin mütləq əksəriyyəti – 86,02 faizi Azərbaycanın inkişafına, uğurlu gələcəyə və ən əsası - hər kəsin gözlədiyi Qələbəyə, Zəfərə səs vermiş oldu. Xalq faktoru öz Liderinin qətiyyətinə, dönməz iradəsnə öz möhtəşəm dəstəyini ifadə etdi və bu gün – həmin seçkilərin üzərindən keçən 4 ildə bizlər gözlənilən nəhəng dəyişikliklərin şahidləri olaraq bir daha nə qədər doğru seçimin edildiyini fəxrlə, qürurla ifadə etməkdəyik!”

“Onu da qeyd edim ki, seçkilərdən əvvəl və sonrakı müddətdə biz bir daha şahidi olduq ki, Azərbaycan dünyaya və regiona demokratik seçki nümunəsini təqdim edən, nümayiş etdirən dövlətlərdəndir və bunu istər yerli, istərsə də beynəlxalq təşkilatlar da öz hesabatlarında vurğuladılar. Məsələn, reallaşdırılan rəy sorğularının, “exit-poll”ların rəsmi nəticələrlə eynilik təşkil etmələri də sübut etdi ki, seçki marafonu bilavasitə xalqın, seçicilərin aşkar iradəsinin təzahürüdür”, deyə qeyd edən Aydın Hüseynov daha bir mühüm amilə də toxunaraq bildirib ki, bu uğur Azərbaycan xalqının yekdil xarakterli seçimi Prezident İlham Əliyev cənablarına olan sonsuz inamın, etimadın və etibarın dəyişilməz təntənəsidir: “Belə bir uğurun isə növbəti səbəblərini izah edə bilərik. Fakt budur ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan nəhəng inkişaf yolu keçməsi ilə parallel olaraq milli dövlətçiliyimizin sütunları kifayət qədər möhkəm dayaqlara söykənmişdir. Habelə, Azərbaycan regional iqtisadi gücdən beynəlxal iqtisadi nəhəngə çevrilməklə ötən illər ərzində dünyanın diqqət mərkəzində sürətlə tərəqqi edən dövlətlər sırasında öz yerini möhkəmləndirmişdir. Gəlin, 2003-2018-ci illər ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ardıcıllığı əks etdirən siyasətin təməl prinsiplərinə bir daha nəzər salaq: yalnız nəticələrə hesablanmış qətiyyətli və balanslaşdırılmış xarici siyasət, diplomatiyamızın uğurları, BMT-də, Qoşulmama Hrəkatında, Avropa Şurasında, ATƏT-də, NATO-da, müxtəlif beynəlxalq birliklərdə və strukturlarda söz sahibinə çevrilmək, önəmi təşəbbüsləri təklif və realizə etdirmək, ölkəmizi dünyanın mərkəzi faktoru kimi qəbullandırmaq – bütün bunlar qısa dövr ərzində və yüksək analitik intellekt sayəsində əldə olunmuşdir və bu, bilavasitə Prezident İlham Əliyev faktoru timsalında mövcud olan mütərəqqi təhtəlşüurun məntiqi, bariz nəticəsi olaraq dəyərləndirilməkdədir”.

Millət vəkili xalqın etimad və iradəsinin daha bir tərəfini iqtisadi nailiyyətlərlə izah edib: “Prezident İlham Əliyev cənablarının dünya miqyasında islahatçı Lider kimi tanınması kimsəyə sirr deyil. Məhz 2003-2018-ci illərdəki Prezidentlik müddəti də sübut edir ki, bu tarixi aralıqlar iqtisadiyyatımızın yüksələn xətlə inkişafının göstəricisidir. Statistik araşdırmalar və onların nəticələrinə müraciət edək: həmin dövr ərzində ümumi daxili məhsul 3,2 dəfə artdı və eyni zamanda, xarici ticarət dövriyyəsi 4,6 dəfə artaraq Azərbaycanın ticari partnyorları qarşısında etibarlı tərəfdaş olduğunu göstərdi.

Habelə, ixracın həcmi 6 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 26.6 dəfə ardı ki, bu da Azərbaycanın maliyyə təhlükəsizliyində təminatçı rolunu oynadı. Təbii ki, həyata keçirilən uğurlu iqtisadi siyasət regionlarımızın da sürətli inkişafında öz sözünü demişdir. Qəbul edilən Regionların Soaisl İqtisadi İnkişafı Proqramları bölgələrimizin ümumi məhsul buraxılışının artımına öz münbit təsirlərini göstərdi. Əhalinin nominal gəlirləri də artmağa başladı və bu qərəm 8.6 dəfə yüksəldildi. O cümlədən, əhalinin minimum əməkhaqqı 12.9 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. Bu müddət ərzində işsizlik problemlərinin də aradan qaldırılması istiqamətində sürətli prosesə start verilmişdir. Azərbaycanda 1 958 400 yeni iş yeri açılmış, işsizliyin səviyyəsi isə 9,2 faizdən 5 faizə qədər azaldılmışdır. Yaşam səviyyəsinin yaxşılaşdırılması, əhalinin sosial-məişət həyatının da inkişafına öz təsirlərini göstərib - yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfərdən çox məcburi köçkünlərimiz mənzillə təmin olunub, onlar üçün növbəti binalar, yataqxanalar və s. sosial şəraitli inşaat işləri reallaşdırılıb”.

Aydın Hüseynovun sözlərinə görə, xalqın maliyyə vəziyyətinin yaxşılaşdırılması yönündə də mütərəqqi qərarlar verilib, Prezient İlham Əliyev cənabları xalqın marağının təmin olunmması yönündə qəti addımlarını atıb: “Təkcə 2003-2018-ci illər aralığında ölkədə maaşlar 7 dəfə artırlıb. Təqaüd və pensiyaların isə 10 dəfədən çox artırılması statistik rəqəmələrdə əks olunmaqdadır. Bütün bunlarla yanaşı, sosial infrastrukturların sürətli inişafı təmin edilib. Məktəblər, xəstəxanalar, idman qurğuları və mərkəzləri, park və meydançalar nəzərə alınmaqla onların saylarının yüzlərlə olduğunu deyə bilərik”.

Deputat 2003-2018-ci illər ərzində əldə edilən nailiyyətlərin təməlində daha bir mühüm faktorun mövcudluğunu xatırladıb. Onun sözlərinə görə, dəyişən və qloballaşan dünyanın siyasi-iqtisadi mühitini müəyyən edən Davos İqtisadi Forumu əslində dünyanın diqqət mərkəzinə düşən islahatçı Prezident İlham Əliyevin ən ali tribunasına çevrildi. Əbəs deyil ki, Forumun hesabatına görə, (“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”) Azərbaycan 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlamağa müvəfəq olmuşdur: “Baxın, məhz həmin müddətə Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınması ilə yanaşı, innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə isə 14-cü yerə sahib olub. Bu həm də onu sübut edirdi ki, Azərbaycan yüksək texnologiyalar baxımından sürətli tərəqqi yolunu seçib və qarşıya qoyulan məqsədləri realizə edib”.

Millət vəkili qeyd edilənlərlə yanaşı vurğulayıb ki, əldə edilən uğur və nailiyyətləri sadalamaqla biltməz və bu reallıqların iqtisadi təməllərinin ən əsas nüvələrindən biri də iqtisadiyyatın neft-qaz sektorundakı əsaslı inkişafı olub: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan BTC neft kəməri 2006-cı ildə, BTƏ qaz kəməri isə 2007-ci ildə istifadəyə verildi - ölkəmiz dünyanın neft və qaz ixracatçıları sırasında yer aldı və sonrakı illərdə liderlik səviyyəsinə yüksəldi. O cümlədən, 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu, 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə qardaş Türkiyənin Əskişəhər şəhərində bu möhtəşəm iqtisadi dəhlizin mühüm hissəsi kimi bilinən Trans-Anadolu qaz boru kəmərinin açılışı baş verdi. Azərbaycan Avropa məkanın həm enerji təhlükəsizliyində, həm də təminatında önəmli yerlərdən birinə sahib oldu”.

Aydın Hüseynov mühüm bir faktoru önə sürərək qeyd edib ki, hər bir uğurun, hər bir iqtisadi inkişafın məqsədi birinci olaraq Azərbaycanın təhlükəsizliyini təmin etməkdir və əldə edilən səmərələrin Ordunun güclənməsinə yönəlldilməsi də Prezident İlham Əliyev cənablarının diqqət mərkəzində dayanırdı: “Ötən illər illər ərzində Azərbaycan Ordusu sürətlə inkişaf etdi, təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasına daxil oldu və eyni zamanda, bir çox beynəlxalq təlimlərdə yer alaraq öz sözünü demiş oldu. Və bu gün azad Qarabağımızda, işğaldan azad edilən torpaqlarımızda başladılan tikinti və quruculuq işlərinin həyata keçirilməsi, qaçqınlarımızın öz doğma yur-yuvalarına geri qaytarlması üçün Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları Silhalı Qüvvələrimizin təməlini möhkəmləndirdi – 27 sentyabr tarixində 44 günlük Zəfər yoluna qədəm qoydu. Bu anda da xalqımız bir daha əmin oldu ki, 2018-ci ildəki seçimində doğru və qəti addımını atıb və bu gün qələbə əzmini öz Prezidenti ilə birlikdə yaşamaqdadır. Daha dəqiq desəm, 2018-ci ildə keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, destruktiv və xain qüvvələrə yox deməyi, qərəzli xarici dairələrin səs-küylərinə öz səsi ilə cavab verməsi bu gün mövcud olan Zəfərimizin aşkar təzahürü, məntiqi nəticəsidir. Xalqımız bundan sonra da Prezident-Xalq vəhdətinin ən mütəşəkkil gerçəkliyində özünün inkişafını, tərəqqisini yaşamaqda davam edəcək”.

Rövşən RƏSULOV