Yenə də Makron, yenə də Le Pen..?

10 Aprel 2022 22:48 (UTC+04:00)

Fransanın hazırkı prezidenti Emmanuel Makron və Milli Assambleyaya namizəd Marin Le Pen Fransada prezident seçkilərinin birinci turunda liderdirlər. Bu barədə bazar günü BFMTV kanalı məlumat yayıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, ilkin məlumatlara görə, Makron 28,5 faiz, Le Pen isə 24,2 faiz səs toplayır. Fransada keçirilən exit-pollların ilk məlumatları belə deyir.

Qeyd edək ki, 2017-ci ildə keçirilən son prezident seçkilərində də Makron birinci turda 24 faiz, Le Pen 21,3 faiz səs toplamışdı. İkinci turda Makron 66,1 faiz səslə qalib gəldi. Le Peni isə seçicilərin 33,9 faiz i dəstəklədi.

Yenə də həmin mənzərə? Amma, maraqlıdır, tarıx təkrarlanırmı?

Xatırladım ki, ultra millətçi “Xalq Cəbhəsi” Partiyasının sədri Marin Le Pen qatı ermənipərəstdir. Əslində bu gün Fransada prezident olmaq istəyənlərin hamısı bir az fərqlə ermənipərəstdirdirlər.

Təbii ki, Marin Le Peni bunların arasında bəlkə də ermənipərəstlikdə “lider” adlandırmaq olar. Gərək ki, yadınızda olar, o vaxt son prezident seçkilərində Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu” demişdi.

Təbii ki, bundan sonra Marin Le Pen prezident seçilsə də, belə görünür ki, onun bu “arzusu ürəyində” qalacaq.

Amma nə bilmək olar, deyilənə görə, Fransanın ictimai fikri həmişə ermənilərdən yana olub. Bu üzdən də, istər seçki mərhələlərində, istərsə də seçkidən kənar prosseslərdə Fransa siyasətçiləri məhz ermənilərin xidmətindən yarınmaq üçün ermənipərəst bəyanatlar vermək məcburiyyətində qalıblar (…kül başına, ay Hirler).

…Yenə də nə bilmək olar, bəlkə Marin Le Pen yenə bu xidmətdən yararlanaraq daha çox səs toplayıb ermənilər tərəfindən özünə qarşı rəğbət yaratmaq istəyir.

Ağasəf Babayev