Fransada exit-pollun nəticələri məlum olub

10 Aprel 2022 21:41 (UTC+04:00)

Fransada keçirilən prezident seçkilərində exit-pollun nəticələri məlum olub.

SİA APA-ya istinadən xəbər verir ki, seçicilərin 24,7 faizi hazırki prezident Emmanuel Makrona səs verib.

Onun əsas rəqibi Marin Le Pen 23,5 faizi səs toplayıb.

Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 19 faizi etimad göstərib.