Bir tibb işçisinin sahibi COVID-19 olduğuna görə ev heyvanını kürəklə döyərək öldürməsinin görüntülərini yayıb və bu qəzəb doğurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şanxayın Pudonq ərazisində baş verib. "Corgi" cinsi bir it covid işcisi tərəfindən təqib edilərək öldürülür. İtə 3 kürək zərbəsi endirən işçi hadisə yerindən uzaqlaşıb. Bu görüntülər sosial mediada gündəm olub.