Daha 21 nəfər koronavirusa yoluxub - AZƏRBAYCANDA

10 Aprel 2022 16:35 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 202 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 453, bu günə qədər isə ümumilikdə 6 743 461 test icra olunub.