Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

10 Aprel 2022 06:34 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) aprelin 9-da 35 nəfər dünyasını dəyişib.

Bir gündə 186 min 226 test edilib. Gündəlik yoluxma sayı 6.986-dır.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 8.825-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 206 min 133-ə yüksəlib.