Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə İvan Anaşkin küçəsində qeydə alınıb.
Yolu keçən 1988-ci il təvəllüdlü Baxışov Əli Elqam oğlunu “Daewoo” markalı sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.