Türkiyənin Amerika Birlәşmiş Ştatlarındakı səfiri Həsən Murat Mercan Ağ Evdə ABŞ prezidenti Cozef Bayden tərəfindən qəbul edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin ABŞ-dakı sәfiri paylaşım edib.
Səfir Mercan deyib: ‘‘2022-ci ilin 4 aprelindә ABŞ prezidenti Cozef Bayden tәrәfindәn qәbul edildim’’.
Yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində vəzifəsinin icrasına başladığı gündən bәri Ağ Evdə xarici missiya nümayəndələrini qəbul etməyən Bayden ilk dəfə Ağ Evdə səfirləri qəbul edib.