Bu ağrılı günlərdə məni heç kim tək qoymadı

9 Aprel 2022 16:16 (UTC+04:00)

Məşhur türk müğənni Linet mətbuat nümayəndələri ilə söhbət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, anasını itirdikdən sonra kədərlənən Linet çəkisi ilə diqqət çəkib.

Linet, "Dərddən arıqladım. Bu ağrılı günlərdə məni heç kim tək qoymadı. Aprelin 18-də anamın adından iftar vermək istəyirəm” dedi.

Ayşən Vəli