Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var

9 Aprel 2022 10:37 (UTC+04:00)

Hazırda Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, vaksin baxımından ölkədə heç bir korluq yaşanmır.

“Ona görə də rahat şəkildə vaksinasiya prosesi davam edir. Artıq buster dozasının vaxtı çatan hər bir kəs peyvənd vurdurur”, - deyə nazir əlavə edib.