Azərbaycanda vaksinin hazırlanması ilə bağlı işlər görülür - Nazir

9 Aprel 2022 10:27 (UTC+04:00)

Azərbaycanda da yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür.

SİA-nın məlumatına görə, səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib ki, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir.

O qeyd edib ki, vaksin istehsalı strateji istehsalatdır.

“Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalatını təmin edə bilər”, - deyə nazir bildirib.