Maska qadağası aradan qaldırılacaq? - Nazirdən AÇIQLAMA

9 Aprel 2022 10:06 (UTC+04:00)

Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

SİA-nın məlumatına görə, nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur.

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”, - deyə nazir bildirib.