...Beləliklə, ABŞ bütün dünya ölkələrini Rusiyadan enerji resurslarının idxalını dayandırmağa çağırıb.
Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcy Kaptur bildirib ki, dünyadakı bütün ölkələr Ukraynadakı vəziyyət fonunda Rusiyadan neft, qaz və kömür idxalını dayandırmalıdırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RT xəbər yayıb.
Kaptura görə, bütün ölkələr Ukraynanı ona lazım olan silah və müdafiə avadanlığı ilə təmin etməlidirlər. Bununla yanaşı, bütün ölkələr Rusiyadan kömür, neft və qaz idxalını dayandırmalıdırlar.
...Və bütün ölkələr Rusiyaya qarşı sanksiyalar vintlərini daha da bərkitməlidirlər.
Qeyd edək ki, bütün bunları amerikalı konqresmen qəti bir təkidlə deyib.
O, həmçinin bildirib ki, azad dünya (...yəqin öz ölkəsini nəzərdə tutur-A.B.) dərhal Rusiyaya cavab verməli və Ukraynada şərin hücumunu dəf etməlidir.
Xatırladım ki, bundan əvvəl Avropa Parlamentində səs çoxluğu Avropa İttifaqının Rusiyadan qaz, neft, kömür və nüvə yanacağının tədarükünə embarqo qoymağa çağıran qətnaməni qəbul edib.
...İndi deyirsiniz yəni, ..”yandı qızın dədəsi”?
Ağasəf Babayev