Ruslarda virusa qarşı yaxşı immunitet yaranıb

9 Aprel 2022 07:30 (UTC+04:00)

Hazırda hələ ki, dünyada COVID-19 infeksiyasının yeni dalğasına səbəb ola biləcək yeni təhlükəli mutasiya aşkar edilməyib.

“İzvestiya” portalının məlumatına görə, bu sözləri infeksionist Yevgeni Timakov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının yeni dalğası virusun yeni mutasiyalarının aktivlik dərəcəsindən, yəni xəstəliyin klinik mənzərəsinin gedişinə və epidemioloji vəziyyətə nə dərəcədə ciddi təsir göstərməsindən asılı olacaq. Timakov izah edib ki, hazırda ciddi mutasiya yoxdur, ona görə də insidentlərin kəskin artması gözlənilmir.

Mütəxəssis vurğulayıb ki, Rusiyada COVID-19 ilə bağlı sabit vəziyyət əldə olunub. O vurğulayıb ki, ruslarda virusa qarşı yaxşı immunitet yaranıb.

Qeyd edək ki, infeksionist eyni zamanda peyvəndin vacibliyini də vurğulayıb. Timakov xatırladıb ki, hazırda Rusiyada COVID-19-a qarşı burun peyvəndi var, o, immuniteti altı aya qədər bədəni qorumaq üçün lazım olan səviyyədə saxlaya bilir.

Nazlı Babayeva