Milli Saraylar İslam Mədəniyyətləri Muzeyi

8 Aprel 2022 22:43 (UTC+04:00)

“Türkiyə kitab nəşriyyatı və sektorun böyüklüyü baxımından beynəlxalq nəşriyyatçılar birliyində ilk 10-luğa daxil olub”.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Saraylar İslam Mədəniyyətləri Muzeyinin açılış mərasimində etdiyi çıxışında deyib.

Yeni növ koronavirus epidemiyası səbəbilə 2 ildir fasilə verilən yarmarkaların yenidən başlamasından məmnun olduğunu ifadə edən Ərdoğan "Muzeyimizi Böyük Çamlıca məscidimizin aşağısı mərəbəsində açırıq və əlimizdə olan nə varsa ildə bir-iki dəfə bu muzeydə sərgilənəcək. Millətimizin xidmətində olacaq" deyə bildirib.

Dövlə başçısı deyib ki, ölkəmizin son 20 ildə demokratiya və inkişaf yolunda böyük sıçrayışının ən faydalı nəticələrindən biri də odur ki, xalqımız digər sahələrlə yanaşı oxuma-yazma sahəsində də yol açmışdır. Hazırda Türkiyə kitab nəşriyyatı və sektorun böyüklüyü baxımından beynəlxalq nəşriyyatçılar birliyində ilk 10-luğa daxil olub.