Hakimlər Kollegiyasına sədr təyin olunub

8 Aprel 2022 18:27 (UTC+04:00)

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasına sədr təyin olunub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fəxrəddin Quliyev federasiyanın Hakimlər Kollegiyasının sədri təyin edilib. Bu münasibətlə AKF prezidenti Orxan Əliyev ona vəsiqəsini təqdim edib.
Həmçinin Orxan Əliyev martın 12-də WJF-19 turnirində erməni əsilli Gürcüstan idmançısı Qela Xoceliyana qalib gələrək kəmər qazanmış Məhəmməd İmanovu qəbul edib və onu qələbə münasibətilə təbrik edib.