Ermənilərin işğalçılıq təfəkkürü “milli ənənə” olaraq yaşadılır TƏRS BAXIŞ+ÖZƏL

8 Aprel 2022 17:16 (UTC+04:00)

Gallup: “Ermənistanın 63,5% vətəndaşı “DNR” və “LNR”in tanınmasına müsbət yanaşırlar”

30 il ərazilərimizi işğal altında saxlayan, torpaqlarımıza qarşı təcavüz siyasəti yürüdən Ermənistanın bu gün separatçı “DNR” (“Donetsk xalq respublikası”) və “LNR”in (“Luqansk xalq respublikası”) tanınmasına dəstək göstərməsi, əslində, təəccüblü görünməməlidir.

O cümlədən, əgər biz bu gün işğalçılıq siyasətinə görə yalnız Ermənistanın əvvəlki və sonrakı rəhbərliklərini ittiham ediriksə, bu məsələdə erməni xalqının da bir çox hallarda həmin siyasətə dəstək göstərdiyini qeyd edə bilərik. Və bu sübut özünü növbəti dəfə nümayiş etdirib.

Azərbaycanlılardan fərqli olaraq, daim qonşularının torpaqlarına göz dikən ermənilər əllərinə düşən hər imkanlarında işğalçılıq faktoruna, separatçılıq siyasətlərinə dəstəklərini ifadə edirlər

Məhz 44 günlük Zəfər yürüşümüzdən sonra azad edilən ərazilərimizdə başladılmış və bu gün də sürətlə həyata keçirilən nəhəng bərpa işləri də sübut edir ki, həmin torpaqların sahibi məhz Azərbaycan xalqıdır və əlbəttə ki, xalqımız torpaqlarının işğala uğramasının nə olduğunu da yaxşı bilir, ona görə də erməni cəmiyyətindən fərqli olaraq daim həqiqətin yanında dayanır və təcavüzkarlıq siyasətini daim pisləyir, lənətləyir. Yəni azərbaycanlılardan fərqli olaraq, daim qonşularının torpaqlarına göz dikən ermənilər əllərinə düşən hər imkanlarında işğalçılıq faktoruna, separatçılıq siyasətlərinə dəstəklərini ifadə edirlər.

Elə Gallub ictimai sorğu mərkəzinin keçirdiyi növbəti sorğunun nəticəsi də bunu kifayət qədər sübut etməkdədir. Belə ki, Ermənistandan minlərlə kilometr uzaqda olan Ukrayna torpaqlarında təcavüz nəticəsində qurulmuş “DNR” və “LNR” adlı separatçı qurumlarının tanınması yönündə Ermənistanda 2-4 aprel arasında verilən suallara cavab verən erməni ictimaiyyətinin münasibəti belədir:

Ermənistanın 63,5% vətəndaşı Rusiyanın “DNR”i və “LNR”i tanımasına müsbət yanaşırlar. SİA xəbər verir ki, Bunu Gallub sorğu mərkəzinin Ermənistan üzrə təmsilçisi Aram Navasardyan Sputnik-Armeniya media qurumuna deyib.

Onun sözlərinə görə, sorğuda iştirak edən respondentlərin 22,2%-i suala cavab verməkdə çətinlik çəkiblər, 4,8%-i mənfi cavab veriblər, lakin Ermənistanın adıçəkilən separatçı rejimləri tanıması ilə bağlı sorğuya cəlb edilən ermənilərin 44,3%-i müsbət yanaşıblar. 28,2% erməni mənfi cavab verib, 27,6%-i isə cavab verməkdə çətinlik çəkiblər.

Digər məqam isə belədir – erməni əhalisinin 45,8%-i Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara haqq qazandırır, 14,7%-i isə cavab verməkdə çətinlik çəkiblər.

“Rusiya-Ukrayna hərbi münaqişəsinin nəticəsi necə olacaq?“ sualına cavab verən erməni respondentlərinin verdikləri cavablar isə faiz etibarı ilə bu cürdür:

53,5%-i bildirib ki, Rusiya qalib olacaq.

Rusiyanın Ukraynaya məğlub olacağını isə cəmi 2,4%-i bildirib.

16,3% erməni cavab verməkdə çətinlik çəkib.

Ermənilərin 41,6%-i nüvə müharibəsinin baş verəcəyini, 50,7%-i isə əks fkirlərdə olduqlarını deyiblər.

Cənubi Osetiya və Abxaziya işğalında ermənilərin rolu danılmazdır və bu gün onlar Gürcüstanın Cavaxetiya bölgəsinə də iddialarını gizlətmirlər!

Onu da xatırlada bilərik ki, erməni xalqı zamanında Gürcüstanın ayrılmaz ərazisi hesab edilən Cənubi Osetiya və Abxaziyanın da işğalını dəstəklədiyini ifadə edib. Hətta işğal zamanı ermənilərin “Baqramyan” adlı silahlı terror dəstəsi dinc gürcü xalqının bu ərazilərdən qovulması yönündə qanlı faciələrin iştirakçısı olublar.

Və hazırda Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər bu əraziləri “qədim erməni torpağı” adlandırmaqla açıq şəkildə ərazi iddiaları ilə çıxış edirlər. Gürcüstanla yanaşı, Türkiyəyə, İrana qarşı da ərazi iddiaları olan ermənilər bu mənfur siyasətlərini “milli ənənə” olaraq istifadə edirlər.

Olmayan “Artsax”a erməni iddiası – bu siyasətə birdəfəlik son qoymağın zamanıdır!

Beləliklə, bu gün Qarabağı “Artsax” kimi gündəmə sırımağa cəhdlər göstərən ermənilərin hətta zaman-zaman “Rusiyaya birləşmək” kimi sərsəm iddialarını irəli sürmələri artıq onların belə bir iyrənc “ənənələrinə” son qoymaq tələbini zərurətə çevirir.

Əgər zamanında bu kirli siyasətin qarşısı tamamilə (!) alınmasa regionun sülh və əmin-amanlığa nail ola bilməsi üçün çətinliklər yarana bilər. Bəlkə də bu gün ermənilərin işğalçılıq, istilaçılıq, təcavüzkarçılıq siyasətləri ilə çıxş etmələri kənardan bir çoxlarına istehza xarakteri kimi görünə bilər. Lakin belə olan halda, son 30 ildə Qarabağda baş verənləri xatırlatmağın kifayət qədər səmərəsi var. Necə deyərlər, çomağı əldən yerə qoymaq olmaz!

Rövşən RƏSULOV