“Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib - YENİLƏNİR-FOTOLAR

8 Aprel 2022 16:17 (UTC+04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizmlə bağlı məlumatlandırma, autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması məqsədilə “Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib. SİA xəbər verir ki, hökumət üzvləri, Ombudsman, dövlət təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri və QHT-lər, tanınmış incəsənət xadimləri, autizm sindromlu uşaqların iştirak etdiyi tədbirin ilk hissəsində yeni yaradılan inklüziv simli kvartetin ifasında klassik musiqilər səsləndirilib.

Autizmli uşaqların DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırladıqları rəsm əsərlərindən və keramika məhsullarından ibarət sərgi-satışı təşkil edilib.

Səbinə Hüseynli