"Apatiya bir insanın gündəlik həyatında marağın, həvəsin və ehtiras hissinin itməsi ilə bağlı olan laqeyd əhval-ruhiyyədir”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.
Onun sözlərinə görə, adi vaxtlarda diqqətimizi daha çox çəkən hadisələr apatiya pozuntusu yarandığı zaman diqqətimizi çəkmir: “Bu zaman insan özünü tükənmiş, ağır hiss edir. Apatiyanın bir neçə növləri olur. Fiziki ekaqnetiv, emosianal və güclü iradə kimi apatiya növləri mövcuddur.
Ekaqnetiv səviyyədə olan apatiya pozğunluğu insanın marağının tamamilə sönməsidir. Bu zaman hər şey mənasızlaşır, hər şey gözümüzə eyni görünür. Heç bir şey etmək istəmirlər.
Emosional səviyyədə olan apatiya pozğunluğunda insan özünü məyus hiss edir. Tez-tez ağlayır, xoşbəxt olmadığımızı düşünürük.
Güclü iradə səviyyəsində olan apatiya pozğunluğunda isə insan irəliləmək üçün lazım olan gücü, motivasiyanı tapa bilmir. Əslində, irəliləməli olduqlarını bilirlər, lakin motivasiyaları olmur, özlərindəki iradəni tapa bilmirlər.
Apatiya fiziki və psixoloji səbəblərdən yaranır. Hormonal balans pozğunluğu, düzgün olmayan pəhriz, animiya və bəzən doğru olmayan dərmanların qəbulu da apatiyanın yaranmasına şərait yaradır. Apatiya qəflətən keçirilən həyəcan, çox istədiyimiz bir şeyin alınmaması kimi səbəblərdən də yarana bilər. Səbəbi nə olursa-olsun, bu pozğunluqdan psixoloq yardımı ilə xilas olmaq olar. Hər zaman motivasiyanı yüksək tutmaq problemi həll etməyə kömək olur”.