"6 aprel tarixində Brüsseldə keçirilən üçtərəfli görüşdə cənab Prezident İlham Əliyev masaya qələbə qazanmış bir lider kimi oturdu və bu görüş Azərbaycanın lehinə nəticələndi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, keçən ay Azərbaycan Ermənistan tərəfinə münasibətlərin normallaşması 5 maddədən ibarət şərt təqdim edib: "Ermənistan tərəfi də bu şərtləri qəbul edərək Brüsseldə üçtərəfli görüşə razılaşdı. 44 günlük Vətən Müharibəsindən sonra cənab Prezident hər zaman Ermənistan tərəfinə dəfələrlə sülh müqaviləsini bağlamağı təklif edib. Brüsseldə keçirilən görüş Azərbaycanın istədiyi kimi keçdi. Yəni sülh müqaviləsinin hazırlanması və imzalanması prosesi başladıldı. Bu, müəyyən bir vaxt ala bilər. Bu proses çərçivəsində Azərbaycanın Ermənistan tərəfinə təqdim etdiyi 5 prinsip də nəzərə alınacaq. Bildiyimiz kimi, bununla bağlı işçi qrupu yaradılacaq.
Sülhə gedən yol Brüsseldən başladı. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır və Azərbaycanın atdığı hər addımı dəstəkləyir. Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşma prosesi davam edir. Amma Ermənistan tərəfi çox başa düşməlidir ki, bu proses Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi ilə paralel davam edəcək".
Arzu Qurbanzadə